<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>358</hymn_number>
<lyrics>[V1]
 Məsihdə qovuşur bu iki ürək,
 Xeyir-dua yağsın üzərlərinə.
 Məsihdə qovuşur bəy ilə gəlin,
 Rəbbin əli olsun üzərlərində!

[C1]
   Bu toy qəlbinizə qoy həkk olunsun,
   Ruhunuz, qəlbiniz sevinclə dolsun.
   Məsihdə qovuşun siz əbədilik ,
   Rəbbin lütfü daim sizinlə olsun.

[V2]
 Sevinir bu yerdə bütün ürəklər,
 Yığışıb buraya Rəbbi sevənlər.
 Hamının arzusu budur sizlərə -
 Nümunə olasız bütün gənclərə.</lyrics>
<title>Məsihdə qovuşur bu iki ürək İL358</title>
</song>